...

Türkiyədə erməni dilində radio açılır

Siyasət Materials 24 Mart 2009 17:13 (UTC +04:00)
Türkiyədə erməni dilində radio açılır

Türkiyə, Ankara, 24 mart / Trend , müxbir E.Hüseynli /  

Türkiyədə erməni dilində radionun açılması planlaşdırılır.

Türkiyənin TRT kanalının nəzdində fəaliyyət göstərən "Türkiyənin səsi" radiosunda sutka ərzində 2-3 saatlıq erməni dilində verilişlər yayımlanacaq.

Trend -un arayışı : Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa çalışır. Yerevan tərəfindən başlanılmış uydurma "erməni soyqırımı"nın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin dayandırılmasına səbəb olub.

Türkiyə Prezidenti Abdulla Gül Ermənistan Prezidenti Serj Sarkisyanın Yerevana, Ermənistan və Türkiyə milli komandaları arasında Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində ötən ilin sentyabrın 6-da baş tutmuş futbol matçına gəlmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.

Erməni dilində verilişlərin aprel-may aylarında açılması nəzərdə tutulur.

TRT kanalından "Türkiyənin səsi" radiosunda erməni dilində verilişlər açılacagını təsdiqləyiblər. Kanaldan verilən məlumata görə, erməni dilində olan verilişlərdə əsasən Türkiyə ilə bağlı məlumatlar hazırlanacaq.

Trend -un arayışı: Türkiyədə ötən il kürd dilində radio açılıb. 2009-cu ilin yanvarından etibarən TRT kanalının nəzdində TRT 8 adlı kürd dilində verilişlər hazırlayan kanal fəaliyyətə başlayıb.

Peyk vasitəsilə yayımlanan kanalı təkcə Türkiyədəki kürdlər deyil, İraq, İran və Suriyadakı kürdlər də izləyə bilirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti