...

Brüsseldə Gürcüstanla Aİ arasında viza rejiminin və readmissiyanın sadələşdirilməsi barədə danışıqların birinci mərhələsi keçiriləcək

Siyasət Materials 30 Mart 2009 16:03 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 mart / Trend , müxbir N.Kirtsxaliya /

Brüsseldə martın 31-də və aprelin 1-də Avropa İttifaqı ilə viza rejiminin və readmissiyanın (dövlətin öz vətəndaşlarını, həmçinin bəzi hallarda digər dövlətdən deportasiya olunmuş, əvvəlcədən o dövlətdə yaşamış və yaxud olmuş xarici vətəndaşları qəbul etmək üçün razılıq) sadələşdirilməsi üzrə danışıqların birinci mərhələsi keçiriləcək. Bu barədə bazar ertəsi ənənəvi brifinqdə Gürcüstanın Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin sədri Sergey Kapanadze bildirib.

Onun sözlərinə əsasən, Gürcüstanın nümayəndə heyətinə danışıqlar prosesində ölkənin xarici işlər nazirinin müavini David Caloqoniya başçılıq edəcək. "Biz ümid edirik ki, danışıqlar uğurla nəticələnəcək", - deyə Kapanadze bildirib.

Məqalə müəllfi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti