...

Əfqanıstanda kamikadzenin özünü partlatması nəticəsində səkkiz nəfər həlak olub

Siyasət Materials 30 Mart 2009 16:25 (UTC +04:00)

Əfqanıstanın Qəndəhar əyalətində kamikadzenin özünü partlatması nəticəsində səkkiz nəfər həlak olub.

Qəndəhar dairəsinin Dənd şəhərində VVAQ-ın binasında kamikadzenin özünü partlatması nəticəsində beş polis və üç mülki şəxs həlak olub, yeddi nəfər yaralanıb. Bu barədə dairənin Təhlükəsizlik İdarəsindən məlumat verilib.

"Afghan Voice Agency" agentliyinin verdiyi xəbərə görə, kamikadzenin məqsədi təhlükəsizlik qüvvələri və polisləri öldürmək olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Radikal "Taliban" qruplaşmasının nümayəndələri partlayışlara görə məsuliyyəti dəfələrlə öz üzərilərinə götürüblər. Lakin son hadisənin arxasında kimin dayandığı hələ məlum deyil.

Birləşmiş Ştatlar Prezidenti Barak Obama cümə günü ABŞ-ın regionda əfqan ordusu və təhlükəsizlik qüvvələrinin hazırlanması üçün 4 min hərbi təlimatçının Əfqanıstana göndərilməsini nəzərdə tutan yeni siyasətini elan edib

Xəbər lenti

Xəbər lenti