...

Bakıda Avropa inteqrasiyası üzrə tərəfdaşlıq və əməkdaşlıq sahəsində memorandum imzalanacaq – Litvanın xarici işlər naziri

Siyasət Materials 31 Mart 2009 16:04 (UTC +04:00)
Bakıda Avropa inteqrasiyası üzrə tərəfdaşlıq və əməkdaşlıq sahəsində memorandum imzalanacaq – Litvanın xarici işlər naziri

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir Y.Ostapenko /

Aprelin əvvəlində Litvanın Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin Bakıya səfəri zamanı daxili islahatların sürətləndirilməsi üçün konkret mexanizmlər yaradacaq və Avrointeqrasiyada Azərbaycana yardım göstərəcək memorandum imzalanacaq. Bu barədə Trend -a çərşənbə axşamı Litvanın xarici işlər naziri Viqaudas Uşaskas (Vygaudas Ušackas) bildirib.

"Mənim Bakıya səfərim zamanı Avropa inteqrasiyası üzrə tərəfdaşlıq və əməkdaşlıq sahəsində memorandum imzalanacaq", - deyə Uşaskas Trend -a eksklüziv müsahibəsində bildirib.

Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas əvvəllər Trend -a bildirib ki, Litvanın xarici işlər nazirinin aprelin 8-9-da Azərbaycana səfəri zamanı siyasi, iqtisadi və enerji sahələrini əhatə edəcək bir sıra məsələlər müzakirə olunacaq.

Səfir bildirib ki, səfər zamanı XİN rəhbərini tərkibinə nazirlik və idarələrin, həmçinn Litvanın aparıcı şirkətlərinin nümayəndələrinin daxil olacağı nümayəndə heyəti müşaiyət edəcək. Səfər çərçivəsində biznes-forum təşkil olunacaq.

Uşaskas müsahibəsində bildirib ki, Litva Azərbaycanda siyasi, institusional və iqtisadi islahatlar, dövlət idarəçiliyinin möhkəmləndirilməsi üçün Avropa standartlarının qəbul edilməsi və həyata keçirilməsinə öz töhfəsini verməyə hazırdır. O bildirib ki, Litva Avrointeqrasiya sahəsində dövlət qlluqçularının hazırlanması və islahatların aparılması, siyasi, iqtisadi, humanitar, mədəni, elmi və digər əlaqələrin inkişafı üçün şəxsi əlaqələrin yüngülləşdirilməsi prosesində öz təcrübəsini bölüşməyə hazırdır.

Uşaskas xatırladıb ki, Azərbaycan və Litva arasında bu tipli qarşılıqlı fəaliyyət olub. Uşaskasın sözlərinə görə, Litva parlamenti Avropa İttifaqı layihələri çərçivəsində Milli Məclis (Azərbaycan parlamenti) ilə, Litvanın Xüsusi Araşdırma Xidməti isə Azərbaycanın Baş prokuroru başda olmaqla Korrupsiya ilə Mübarizə İdarəsi ilə əməkdaşlıq edir

Avrointeqrasiya barədə danışan nazir Avropa İttifaqının "ambisiyalı" "Şərq tərəfdaşlığı" təşəbbüsünün qəbulu barədə qərarını alqışladığını bildirib və qeyd edib ki, bu həm də Litvanın Aİ-də məqsədyönlü siyasəti və səylərinin nəticəsidir.

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı Aİ-nin keçmiş Sovet məkanının altı ölkəsi - Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova, Ermənistan və Belarusla daha sıx əməkdaşlığını nəzərdə tutur. Bu proqram çərçivəsində vizaların ləğvi, azad ticarət zonalarının tətbiqi və strateji sazişlərin imzalanması barədə danışıqlar aparılacaq. Həmçinin tələbə mübadiləsi, ətraf mühitin mühafizəsi və enerji təminatı üzrə kiçik layihələr həyata keçiriləcək.

"Bu təşəbbüs həm Litvanın, həm də Azərbaycanın iqtisadi və siyasi maraqlarına xidmət edir və bu, biznes və mal, xidmət və insanların hərəkətinin inkişafı üçün əlavə perspektivlər açmalıdır", - deyə Uşatskas bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti