...

ABŞ Gürcüstan Silahlı Qüvvələrinə təlimdə və silahlanmanın gücləndirilməsində yardım edəcək – Avropaya inteqrasiya üzrə dövlət naziri

Siyasət Materials 31 Mart 2009 20:26 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın Avropaya inteqrasiya üzrə dövlət naziri Qiorqi Baramidze hökumətin bu günkü iclasından sonra deyib ki, ABŞ Gürcüstan Silahlı Qüvvələrinə təlim və silahlanmanın gücləndirilməsində yardım edəcək. Onun sözlərinə əsasən, hərbi sahədə islahatlar davam edir və bu yöndə Gürcüstana yenə ABŞ yardım göstərir.

"Buna misal olaraq amerikalı general Ceyms Kartraytın Gürcüstana səfərini qeyd etmək olar. ABŞ Prezidenti Barak Obama ilə məsləhətləşmələrdən sonra general Gürcüstana gələrək ölkəmizin silahlı qüvvələrinin modernləşməsi ilə bağlı çox önəmli bəyanatlar verdi. Bu andan etibarən xüsusən də avqust hadisələrindən sonra bizim strategiyamız Gürcüstan Silahlı Qüvvələrinin maraqlarını əsas tutaraq və ABŞ-ın dəstəyi ilə silahlı qüvvələrimizin hazırlığı üzərində qurulacaq", - Baramidze deyib.

O, əlavə edib ki, yardım təlimlərlə yanaşı, silahlanmanın NATO standartlarına keçidini də nəzərdə tutur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti