...

Azərbaycan Prezidenti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti haqqında əsasnamənin təsdiq edilməsi barədə fərman imzalayıb

Siyasət Materials 3 Aprel 2009 16:43 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti haqqında əsasnamənin təsdiq edilməsi barədə fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.  

Fərmana əsasən, Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etmək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti