Gürcüstan, Tbilisi, 07 aprel / Trend , N.Kirtsxaliya /
İyunun 4-də Tbilisidə Avropa İttifaqı (Aİ) ilə viza rejiminin sadələşdirilməsi haqqında danışıqların növbəti mərhələsi keçiriləcək. Bu barədə qərar aprelin 2-3-də Brüsseldə keçirilən görüş zamanı qəbul olunub. Görüşdə miqrasiya, o cümlədən qeyri-leqal miqrasiya ilə bağlı məsələlər müzakirə olunub.
Birinci mərhələdə Aİ-nin 27 ölkəsindən 14-ü Gürcüstan ilə bü məsələdə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]