...

Kişnyovda yaranan qarşıdurmanın sponsorları ölkəni tərk ediblər, 118 təşkilatçı saxlanılıb - prezident Voronin

Siyasət Materials 8 Aprel 2009 13:56 (UTC +04:00)
Kişnyovda yaranan qarşıdurmanın sponsorları ölkəni tərk ediblər, 118 təşkilatçı saxlanılıb - prezident Voronin

Moldova prezidenti Vladimir Voronin bildirib ki, Kişnyovda yaranan qarşıdurmanın sponsorları ölkəni tərk ediblər, 118 təşkilatçı saxlanılıb. Bu barədə RİA Novosti xəbər verir.

"Ölkənin hüquq mühafizə orqanları tərəfindən Kişnyovda yaranan qarşıdurmanın 118 təşkilatçısı saxlanılıb, bu hadisələrin ən varlı sponsorları artıq ölkəni tərk ediblər", - deyə o, çərşənbə günü Hökumət Evində vətəndaş cəmiyyətinin nümayəndələri ilə keçirilən görüşdə bildirib.

Moldova müxalifətinin parlament seçkilərinin yekunlarına qarşı etiraz aksiyaları çərşənbə axşamı Kişnyovda küçə qarşıdurmalarına gətirib çıxarıb. Aksiya iştirakçıları parlament və prezident administarsiyasının binalarına hücum ediblər.

Hüquq mühafizə orqanları bəyan edirlər ki, hazırda paytaxtda vəziyyət tam nəzarətdədir.

Xəbər lenti

Xəbər lenti