...

Ermənistan-Türkiyə sərhədlərinin açılması Türkiyə və Azərbaycanın iqtisadi əməkdaşlığına mənfi təsir göstərə bilər – ekspert

Siyasət Materials 9 Aprel 2009 16:37 (UTC +04:00)
Ermənistan-Türkiyə sərhədlərinin açılması Türkiyə və Azərbaycanın iqtisadi əməkdaşlığına mənfi təsir göstərə bilər – ekspert

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir Ü.Sadıxova /

York Universitetinin sosialogiya üzrə eksperti Əlirza Əsgərzadə hesab edir ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması Türkiyə ilə Azərbaycan arasında olan iqtisadi münasibətlərə mənfi təsir göstərə bilər.

"Ankara anlamalıdır ki, Azərbaycan Türkiyəyə verdiyi iqtisadi səmərəni dayandıra bilər", - deyə Trend -a Kanadadan telefonla Əsgərzadə bildirib.

Ekspert hesab edir ki, Azərbaycan beynəlxalq arenada Türkiyəni həmişə dəstəkləyib və sərhədlərin açılması hazırki Azərbaycan-Türkiyə strateji münasibətlərinə xələl gətirə bilər.

Türkiyə və Ermənistan hələ 1993-cü ildən kəsilən münasibətləri normallaşdırmağa çalışır. Buna səbəb Ermənistanın beynəlxalq arenada "erməni soyqrımı"nın tanınması ilə bağlı apardığı antitürk kampaniyası, həmçinin Azərbaycan torpaqlarının 20 faizinin onun tərəfindən işğal olunmasıdır.

Türkiyə Prezidenti Abdulla Gül Ermənistan Prezidenti Serj Sarkisyanın, ötən il sentyabrın 6-da dünya futbol üzrə Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan-Türkiyə oyununu seyr etməyə dair Yerevana dəvətini qəbul edib.

Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində ditplomatik səylər davam etdirilir.

O bildirib ki, Türkiyə Azərbaycan ilə xüsusilə də, qaz tədarükü sahəsində iqtisadi münasibətlərdən böyük səmərə əldə edir.

Azərbaycan Xəzərin özünə aid hissəsində yerləşən "Şahdəniz" yatağından hasil edilən qazı Türkiyəyə tədarük edir. Qaz Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə nəql olunur. Müqaviləyə əsasən, "Şahdəniz" layihəsinin işlənməsi üzrə birinci mərhələ çərçivəsində Türkiyəyə hər il 6,6 mlrd. kubmetr qaz tədarük olunacaq.

"Türkiyə Azərbaycan qazını demək olar ki, bəxşiş kimi alır və Türkiyənin hakim dairələri dərk etməlidirlər ki, bu imtiyazdan məhrum ola bilərlər", - deyə Əsgərzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsində ciddi mövqe nümayiş etdirməli və Türkiyə hakimiyyətinə Ankara və Bakı münasibətləri üçün mümkün ola biləcək nəticələri göstərməlidir.

Lakin, Əsgərzadənin sözlərinə görə, Ermənistanla sərhədləri açmaq Türkiyə üçün sərfəlidir, çünki bu, Avropa İttifaqı və ABŞ ilə münasibətlərə təsir göstərir.

"Türkiyənin hakim dairələri sərhədlərin açılması ilə Ermənistanla münasibətləri yaxşılaşdırmağa vadar edən Avropa İttifaqı və ABŞ-dan qısamüddətli fayda əldə etməyə meyillidir. Lakin Ankara bu addımın gələcək Azərbaycan-Türkiyə münasibətləri üçün ciddiliyini dərk etməlidir", - Əsgərzadə bildirib.

Türkiyə ictimaiyyətinin müxtəlif dairələrinin nümayəndələri Ermənistanla sərhədlərin açılacağını güman edirlər.

Türkiyənin HABER27 internet-portalının bu gün verdiyi xəbərə görə, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğal olunmuş torpaqları azad olunmayınca Ermənistanla əməkdaşlığın mümkünlüyünü istisna edib.

Əsgərzadə hesab edir ki, Türkiyə cəmiyyəti hadisələrin gedişatını diqqətlə izləyir və sərhədlərin açılması onlarda narahatçılıq yaradacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti