...

Bu vaxtadək heç bir türk rəsmisi Ermənistanla sərhədlərin açılacağını söyləməyib - parlament komissiyasının sədri

Siyasət Materials 13 Aprel 2009 00:57 (UTC +04:00)
Bu vaxtadək heç bir türk rəsmisi Ermənistanla sərhədlərin açılacağını söyləməyib - parlament komissiyasının sədri

Azərbaycan, Bakı, 13 aprel / Trend / Bu vaxtadək heç bir türk rəsmisi Ermənistanla sərhədlərin açılacağını bəyan etməyib. Belə bir bəyanatla CNNTürk telekanalının canlı yayımında Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının sədri Murat Mərcan çıxış edib. Onun sözlərinə görə, türk-erməni münasibətlərinin normallaşdırılması Türkiyənin maraqlarına cavab verir. Bir şərtlə ki, bundan Türkiyənin maraqları zərər çəkməyəcək və Azərbaycan təklənməyəcək.
"Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı danışıqlar davam edir. Türkiyə bu təmasları dəstəkləyir və bu problemin sülh yolu ilə həllini istəyir", - deyə Mərcan vurğulayıb.
Son zamanlar Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.
Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir.
2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti