...

Gürcüstan parlamenti bu gün fəaliyyətini bərpa edəcək

Siyasət Materials 13 Aprel 2009 11:40 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 aprel / Trend , müxbir N.Kirtsxalia /

Gürcüstan parlamenti sabahdan fəaliyyətini bərpa edəcək. Bu gün reqlament ilə nəzərdə tutulan bütün prosedurlar həyata keçiriləcək. Bu barədə ölkənin Ali qanunverici orqanının ictimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib.

Aprelin 9-10-da təhlükəsizlik məqsədi ilə jurnalistlərə və aparat əməkdaşlarına parlamentə giriş məhdudlaşdırılmışdı.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi müxalifətin qanunverici orqan binası qarşısında keçirilən etiraz aksiyaları ilə bağlı idi.

Səhiyyə Komitəsinin rəhbəri Qiqi Tseretelinin jurnalistlərə bildirdiyinə görə, parlamentə giriş bir qədər məhdud olacaq.

Hər bazar ertəsi keçirilən ənənəvi Parlament Bürosu barədə hələ ki, informasiya yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti