...

Gürcüstan stabil ölkədir – Prezident

Siyasət Materials 14 Aprel 2009 16:26 (UTC +04:00)
Gürcüstan stabil ölkədir – Prezident

Gürcüstan, Tbilisi, 14 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan stabil ölkədir və burada heç bir daxili çaxnaşma olmayacaq. Bu barədə Gürcüstan Prezidenti Mixail Saakaşvili Tbilisidə beşinci profilaktik müalicə mərkəzini ziyarət edərkən bildirib.

Gürcüstan Prezidenti qeyd edib ki, "hazırda bizə ötən ilin avqustuna nisbətdə daha çox beynəlxalq dəstək göstərilir". "Biz ABŞ ilə Xartiya imzalamışıq və yaxın günlərdə yüksək səviyyədə ikitərəfli hökumət komissiyası yaradılacaq. Mayın 7-də Avropa İttifaqı ilə "Şərqi tərəfdaşlıq" çərçivəsində saziş imzalayacağıq. Biz heç zaman Avropa ilə bu qədər yaxın olmamışıq", - deyə Saakaşvili vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti