...

Rusiya Dağlıq Qarabağ münaqişəsi məsələsində tamamilə bitərəf mövqe tutur – XİN rəhbəri

Siyasət Materials 16 Aprel 2009 11:15 (UTC +04:00)
Rusiya Dağlıq Qarabağ münaqişəsi məsələsində tamamilə bitərəf mövqe tutur – XİN rəhbəri

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir C.Ağayeva /

Rusiya Dağlıq Qarabağ münaqişəsi məsələsində tamamilə bitərəf mövqe tutur və problemin hər iki tərəfin - Bakı və Yerevanın qəbul edəcəyi istənilən həlli variantını dəstəkləməyə hazırdır. Bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov "Rossiyskaya qazeta" oxucularının suallarına cavab verərkən bildirib.

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində nə indi, nə də əvvəllər birtərəfli mövqe tutmayıb", - deyə Lavrov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz, sülh danışıqları aparılır.

"Biz bu məsələnin həllində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq, hər şeydən əvvəl ABŞ və Fransa nümayəndələri ilə birgə ATƏT-in Minsk Qrupu həmsədrlərinin "üçlüyü" çərçivəsində iştirak edirik. Buna görə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində iştirakı kontekstində hansısa "xırda pul" barədə danışmaq, ən azı nəzakətsizlikdir", - deyə Lavrov bildrib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti