...

Azərbaycanda altı il öncə törədilmiş qətlin üstü açılıb

Siyasət Materials 16 Aprel 2009 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın hüquq-mühafizə orqanları 6 il öncə törədilmiş qətlin üstünü açıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Baş Prokurorluq, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2003-cü il aprel ayının 4-ü və 8-də Xətai rayonundakı X.Məmmədov küçəsində yandırılmış vəziyyətdə tapılmış kişi və qadın meyitlərinin şəxsiyyətləri müəyyən edilib.

Məlum olub ki, onlar Gürcüstanda anadan olmuş Ramin Əsgərov və onun anası Göyçək Əsgərovadır.
Həyata keçirilmiş tədbirlər nəticəsində bu cinayətin hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Gürcüstan vətəndaşı Nazim Acalov tərəfindən törədilməsi müəyyən olunub.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti