...

Avropa İttifaqı Gürcüstan müxalifəti ilə hakimiyyət arasında dialoqun keçirilməsində təkid edir

Siyasət Materials 16 Aprel 2009 16:06 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi yenidən Gürcüstan müxalifəti və hakimiyyəti nümayəndələrinə danışıqlar masası arxasında əyləşməyi təklif edir. Müxalifətin bir hissəsinin liderləri ilə görüşdən sonra Semnebi bildirib ki, "o, etibarın bərpa edilməsi üçün dialoqun aparılmasını tövsiyyə edir".

"Qarşıdan bayram günləri gəlir. Bu, istirahət günləri olmaqla yanaşı, həm də hakimiyyət və müxalifətə yaxın gələcəyin necə olacağını müəyyən etmək üçün imkan verəcək", - deyə Semnebi bildirib.

Bununla yanaşı, o, son günlər müxalifət nümayəndələrinə edilən hücumlarla bağlı məlumatlara da toxunub və bildirib ki, "bu faktlar mütləq araşdırılmalıdır".

Avropa liderinin Gürcüstan müxalifətinin nümayəndələri ilə görüşü 15:00-dan bərpa olunacaq.

Bu vaxtadək Aİ nümayəndələri "Gürcüstan naminə Alyans", "Gürcüstan yolu" partiyası və "Mühafizəkarlar"ın liderləri ilə görüşlər keçirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti