...

Azərbaycan Müdafiə Nazirliyinin "Qaynar xətt"inə 6825 zəng daxil olub

Siyasət Materials 17 Aprel 2009 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Müdafiə Nazirliyi (MN) Baş Qərargahının Təşkilat Səfərbərlik İdarəsinin nəzdində fəaliyyət göstərən "Qaynar xətt"ə aprelin 1-dən 17-dək 6825 zəng daxil olub.

MN-inin Mətbuat Xidmətindən cümə günü Trend -a verilən məlumata görə, valideynlər, çağırışçıların yaxınları "Qaynar xətt"ə müraciət edərək maraqlandıqları şəxsin hansı hərbi hissədə və ya qoşun növündə xidmət edəcəyini yerindəcə öyrəniblər.

Nazirlikdən bildirilib ki, çağırış yeni başlayan zaman işçi qrupuna daxil olan zənglər əsasən təkmilləşdirmə qaydalarının yeniliyi ilə bağlı idi.

Çağırış başladığı vaxtdan indiyədək istər vətəndaşları, istərsə də Müdafiə Nazirliyini narahat edən elə bir

ciddi fakt qeydə alınmayıb.

Trend -un arayışı: İşçi qrupun yaradılmasında məqsəd hərbi çağırış qaydalarında həyata keçirilən təkmilləşdirmə işinin daha səmərəli aparılması, komplektləşdirilmədə qüsurlara yol verilməsinin qarşısının alınmasıdır.

Nazirlər Kabinetinin məlumatında deyilir ki, Azərbaycan Nazirlər Kabineti ölkə vətəndaşlarının cari ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırış qaydalarını təsdiq edib.

Nazirlər Kabineti bununla yanaşı, Azərbaycan vətəndaşlarının aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırışını həyata keçirəcək Respublika Çağırış Komissiyasının tərkibini də təsdiqləyib.

Komissiyaya respublika hərbi komissarının müavini Ramiz Məmmədov sədrlik edəcək. Komissiya sədrinin müavini postunu Dövlət Sərhəd Xidməti İnspektorluğunun rəisi Ehram Hacıyev tutacaq. Komissiyanın tərkibinə daxili işlər nazirinin müavini Oruc Zalov, səhiyyə nazirinin müavini Abbas Vəlibəyov, ədliyyə nazirinin müavini Toğrul Musayev, AHİK sədrinin müavini Aqil Dadaşov və Milli Məclisin deputatı Siyavuş Novruzov daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti