...

İran yeni X12 modelli avtomobil istehsalına başlayacaq

Siyasət Materials 17 Aprel 2009 16:31 (UTC +04:00)

X12 İran brendi ilə istehsal olunacaq milli avtomobilin təqdimat mərasimi aprelin 18-da İran rəsmilərinin iştirakı ilə "İran Xodro" şirkətinin Sapko zalında keçiriləcək. Bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

"X12 modelli avtomobil "İran Xodro" şirkəti tərəfindən istehsal olunur. Bu, İran brendi ilə istehsal olunan ikinci avtomobildir, dünya standartlarına cavab verir, C klass markalıdır və qiyməti də ucuzdır", - "İran Xodro" şirkətinin direktor müavini Məcid Şeyxani bildirib.

Şeyxani bildirib ki, X12 avtomobili İrandan başqa dünyanın 4 qitəsində İran brendi ilə istehsal olunacaq. İran ilk İran brendli avtomobilini ötən ilin dekabr ayında istehsal edib. İran istehsalı olan "Miniatür" adlı ilk İran brendli avtomobilin təqdimat mərasimində İran Prezidenti Mahmud Əhmədinejad da iştirak etmişdi.

Xəbər lenti

Xəbər lenti