...

Azərbaycanın solçu partiyalarının forumu keçiriləcək

Siyasət Materials 20 Aprel 2009 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı 20  aprel / Trend , müxbir C.Babayeva /  

Azərbaycan Xalq Sosialist Partiyasının (AXSP) təşəbbüsü ilə Sol Qüvvələrin İctimai-Siyasi Forumu keçiriləcək. Forumun bu ilin payızında təşkil olunması nəzərdə tutulur.

"Azərbaycanın əsas sol qüvvələrini bir araya gətirib onların arasında fikir mübadiləsi aparmağın və mübarizələrinin ümumi strateji və taktiki istiqamətlərini müəyyənləşdirməyin vaxtı artıq çatıb. Sol qüvvələrin Azərbaycanda  pərakəndəliyi və geriliyi dünyanın çağdaş siyasi düzümü ilə ayaqlaşmır. Bunu nəzərər alaraq, Azərbaycanın Sol Qüvvələrinin İctimai-Siyasi Forumu təşkil olunacaq", - AXSP-nin bazar ertəsi Trend -a dail olan məlumatında bildirilir.

Məlumatda deyilir ki, AXSP bu Forumun təşəbbüskarı və əsas təşkilatçısı olsa da, digər sol qüvvələrin Forumun təşkilat komitəsində iştirakı planlaşdırılır. "Azərbaycanın Sol Qüvvələrinin İctimai-Siyasi Forumunun işində həmçinin qonaq kimi Azərbaycanın bir sıra digər siyasi qüvvələri və xarici nümayəndələr iştirak edəcək", - sənəddə deyilir.  

Trend -un arayışı:  Azərbaycan Mütərəqqi Sosialist Partiyası (AMSP) və Azərbaycan Xalq Sosialist Partiyası (AXSP) ötən həftə birləşmək barədə razılığa gəliblər.   

Razılığa əsasən, AMSP-nin üzvləri və təşkilati strukturları AXSP-nin müvafiq strukturlarına birləşib. AMSP sədri Rüstəm Şahsuvarov AXSP sədrinin ictimai əlaqələr üzrə müavini vəzifəsini tutur.

Azərbaycan Xalq Sosialist və Solçu Demokrat partiyaları bu ilin fevralında yaradılan sosialist partiyalarının Əlaqələndirmə Şurasında təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti