...

İsrailə qarşı təzyiqdə ABŞ aparıcı rol oynayır – Fələstinin danışıqlardakı nümayəndə heyətinin rəhbəri

Siyasət Materials 20 Aprel 2009 16:03 (UTC +04:00)
İsrailə qarşı təzyiqdə ABŞ aparıcı rol oynayır – Fələstinin danışıqlardakı nümayəndə heyətinin rəhbəri

Azərbaycan, Bakı, 20 aprel / Trend , müxbir Ü.Sadıxova /

Fələstinin İsraillə danışıqlardakı nümayəndə heyətinin rəhbəri Saib Arikat Fələstin-İsrail münaqişəsində mərkəzi vasitəçi qismində sülh prosesinin inkişafı üçün İsrailə təsir imkanlarına malik olan ABŞ Administrasiyasının mühüm rol oynadığını qeyd edib. Bu barədə nümayəndə heyətinin press-relizində bildirilir.

 

Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbasın ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçell ilə görüşünün yekununda Arikat bildirib ki, regionda münaqişənin tam və ədalətli həlli üçün Birləşmiş Ştatların diplomatik səyləri zəruri olaraq qalmaqdadır.

Ötən həftə senator Mitçell İsralin yeni hökuməti ilə görüş keçirib və Baş nazir Benyamin Netanyahu ilə müstəqil Fələstin dövlətinin yaradılmasına yönələn sülh prosesinin davam etdirilməsi məsələsini müzakirə edib.

Lakin İsrailin xarici işlər naziri Aviqdor Liberman 2007-ci ildə ABŞ-ın Annapolis şəhərində keçirilən sülh konfransında imzalanan müqavilə öhdəliklərinin İsrailə aid olmadığını bildirib.

Netanyahunun fələstinlilərlə danışıqların davam etdirilməsindən imtina etməməsinə baxmayaraq, o, Fələstin dövləti yarananadək regionda "iqtisadi barışıq" təklif edir.

Arikat əlavə edib ki, amerikalıların sülh prosesinin inkişafı üçün göstərdikləri səylərdə uğurun əldə olunması, tam olaraq onun İsrailə təsirindən asılıdır.

O bildirib ki, Netanyahu hökuməti iki dövlətin problemlərinin həlli xüsusunda və "Yol xəritəsi" imzalanan zaman İsralin üzərinə götürdüyü bütün öhdəliklərə riayət olunacağına dair dəqiq mövqe nümayiş etdirməlidir.

2003-cü ildə imzalanan "Yol xətirəsi"nə əsasən, İsrail yəhudi məskənlərinin tikintisini dayandırmalı, Fələstin ərazilərindəki bütün nəzarət-buraxılış məntəqələrini ləğv etməli və Qəzza Zolağını mühasirədən azad etməlidir.

Qəzzanın mühasirəsi İsrail şəhərlərinə raket zərbələri endirən Fələstinin HƏMAS hərəkatının üzvlərinə qarşı tətbiq edilib.

Mühasirə iki ildir ki, davam edir və anklavada humanitar böhran yaradıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti