...

Gürcüstan polisi müxalifəti təxribatda günahlandırır

Siyasət Materials 20 Aprel 2009 16:22 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan polisi müxalifəti təxribatda günahlandırır. Bu gün Gürcüstan DİN müxalifət tərəfdarı Caba Kokayanın etiraf ifadələrini yayıb. Kokayanın sözlərinə əsasən, onun sıravi vətəndaşla şəxsi ədavəti "müxalifət tərəfindən müxalifətin izlənilməsi oyununa" çevrilib.

Kokaya deyib ki, müxalifətin aprelin 17-də Avlabaridə keçirilən aksiyasından sonra o, içkili halda evə gedir və yolda sürücü ilə münaqişə yaşayır. Beləliklə Kokaya növbəti aksiyaya döyülmüş vəziyyətdə gəlir və mitinqdə olan adı çəkilməyən müxalifət liderlərindən biri bu faktdan hakimiyyət əleyhinə yararlanmaq təklifini irəli sürür.

Polis sözügedən işin üstünün açıldığını bəyan etsə də, hansı müxalifət liderinin belə açıq təxribata getməsini açıqlamır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti