...

"Türkiyə-Ermənistan sınır kapıları açılmasın" imza kampaniyası başa çatıb

Siyasət Materials 21 Aprel 2009 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir C.Babayeva / 

"Türkiyə-Ermənistan sınır kapıları açılmasın" imza kampaniyası çərşənbə axşamı başa çatıb.

"Yekun olaraq kampaniyaya qoşulanların sayı 22 000-dən artıq olub. Toplanılan imzalarla bağlı 600 vərəqəlik bir kitabça Türkiyənin Prezident Administrasiyasına, Baş nazirliyinə, Türkiyə Böyük Millət Məclisinə və Təhsil Nazirliyinə təqdim olunacaq", - çərşənbə axşamı Ankaradan telefonla Trend -a imza kampaniyasının təşkilatçısı, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Asif Qurbanov məlumat verib.

Trend -un arayışı: "Türkiyə-Ermənistan sınır kapıları açılmasın" imza kampaniyasına aprelin 7-də www.turkiye-ermenistan-kapilar-acilmasin.org saytında start verilib.

Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər. Lakin Türkiyənin rəsmi dövlət qurumları Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər sərhədlərin açılmayacağını bəyan edib.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma "erməni soyqırımı" iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Qurbanov deyib ki, imza kampaniyasının aparılması Türkiyəyə qarşı deyil. "Kampaniyanın aparılması sərhədlərin açılmasının qarşısını almaq və bunun Türkiyə və Azərbaycana zərərli olduğunu sübuta yetirmək idi", - Qurbanov əlavə edib.

Türkiyə mətbuat orqanlarının iştirakı ilə mətbuat konfransı keçirilib və bildirilib ki, bu, Türkiyəyə qarşı aparılan kampaniya deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti