...

ABŞ-ın erməni diasporunun oyuncağına çevriləcəyi inandırıcı deyil - Türkiyənin partiya sədri

Siyasət Materials 23 Aprel 2009 13:18 (UTC +04:00)
ABŞ-ın erməni diasporunun oyuncağına çevriləcəyi inandırıcı deyil - Türkiyənin partiya sədri

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir R.Hafizoğlu /

Türkiyə Böyük Millət Məclisinin (Parlament) deputatı hesab edir ki, ABŞ-ın qondarma erməni soyqırımını qəbul edərək erməni lobbisinin oyuncağına çevriləcəyi inandırıcı deyil.

"ABŞ qondarma erməni soyqırımını qəbul edərək erməni lobbisinin oyuncağına çevrilməyəcək", - deyə "Saadet" Partiyasının lideri Numan Kurtulmuş cümə axşamı Ankaradan telefonla Trend -a bildirib.

Trend -un arayışı: Ermənilər hər il aprelin 24-də qondarma erməni soyqırımı adlı hadisəni qeyd edir, tarixi saxtalaşdıraraq, Türkiyəyə qarşı əsassız iddialarla çıxış edirlər. Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan 2006-cı ildə Ermənistan Prezidentinə erməni "soyqırımı"nın öyrənilməsi məqsədilə tarixçilərdən ibarət birgə komissiyanın yaradılması təklifi ilə müraciət etsə də, erməni tərəfi bu təklifdən imtina etmiş və bildirmişdi ki, "soyqırım" məsələsinə şübhə ilə yanaşmır.

Kurtulmuşun fikrincə, erməni lobbisi qondarma soyqırımı tanıtmaqla Türkiyə və Azərbaycana siyasi təzyiq
etmək və bu dövlətlərin inkişafının qarşısını almaq istəyindədir.

"ABŞ-ın yeni administrasiyası qondarma soyqırımı tanımaqla regionun Türkiyə kimi güclü dövlətini müttəfiq kimi itirə biləcəyini yaxşı bilir", - deyə Kurtulmuş bildirib.

Partiya lideri onu da bildirib ki, tarixdə baş verən hadisələr heç bir vaxt siyasi təzyiq vasitəsi kimi istifadə ediləməməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti