...

Azərbaycanlı deputat Bakıda soyqırım muzeyinin yaradılması təklifi ilə çıxış edib

Siyasət Materials 23 Aprel 2009 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycan Milli Məclisinin (Parlament) deputatı Bakıda soyqırım muzeyinin yaradılması təklifi ilə çıxış edib.

"Soyqırım muzeyinin Şəhidlər Xiyabanı ərazisində yaradılması məqsədəuyğun olardı. Həmin muzeydə Quba, Şamaxı, Xocalı soyqırımlarını əks etdirən materiallar nümayiş etdirilə bilər", - cümə axşamı YAP-ın təşəbbüsü ilə Qubada soyqırıma həsr olunmuş konfransda millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib.

Trend -un arayışı: 1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi altında Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər.

Mart-aprel aylarında Bakı, Şamaxı və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirilib. O zaman qardaş Türkiyə (Osmanlı İmperiyası) Azərbaycana yardım əlini uzadıb və bununla azərbaycanlılar ermənilər tərəfindən törədilən kütləvi soyqırımdan xilas olublar.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycana gələn xarici qonaqları Qubadakı kütləvi məzarlıqla tanış etməkdə müəyyən problemlər yaranır. "Soyqırım muzeyi Bakıda yaradılsa və həmin muzeyin ziyarət olunması xarici qonaqların protokoluna salınsa, bu daha effektiv olar", - deputat əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti