...

Gürcüstan Prezidenti korrupsiyaya qalib gələcəyinə söz verib

Siyasət Materials 23 Aprel 2009 18:15 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan Prezidenti Mixail Saakaşvili korrupsiya ilə sonadək mübarizə aparacağını və ona qalib gələcəyinə söz verib. "Bilirəm ki, bir çox insanlar korrupsiya üzündən işlərindən qovulduqlarına görə incikdirlər və hazırda bizə qarşı mübarizə aparırlar", - "İnterkvarts" şirkətinin işçiləri ilə görüş zamanı Gürcüstan Prezidenti deyib. O, qeyd edib ki, məhz korrupsiya ilə uğurlu mübarizə Gürcüstana dövlət qurmağa və ölkə büdcəsini bir neçə dəfə artırmağa imkan verib.

"Büdcəmiz bir neçə dəfə artıb və bu, hazırda bizə qarşı mübarizə aparan keçmiş məmurların qeyri-qanuni gəlir mənbələrini məhv etməyimiz hesabına baş verib", - Saakaşvili qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti