...

Azərbaycanın hakim partiyasının Qadınlar Şurasına yeni sədr seçilib

Siyasət Materials 25 Aprel 2009 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir C.Babayeva /

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasına yeni sədr seçilib.

Trend -un məlumatına görə, YAP-ın Qadınlar Şurasının şənbə günü keçirilən Ümumrespublika konfransında partiyanın Yasamal rayon təşkilatının sədri Nurlana Əliyeva şuranın yeni sədri seçilib.

14 ildir YAP Qadınlar Şurasının sədri Səriyyə Əbülhəsənli idi.

Konfransda iştirak edən YAP sədrinin müavini, icraçı katib Əli Əhmədov bildirib ki, partiyanın qadın üzvlərinin Azərbaycanın ictimai-siyasi həyatında rolu yüksəkdir. "Qadınlar Şurasının əsas məqsədi Azərbaycan qadınlarının bütövlükdə ictimai-siyasi həyatda iştirakının keyfiyyətini artırmaqdar", - Əhmədov əlavə edib.

Milli Məclis sədrinin müavini, YAP-ın İdarə Heyətini üzvü Bahar Muradova isə deyib ki, partiyanın Qadınlar Şurası cəmiyyətdə qadınların vəzifələrinin yerinə yetirilməsində imkanlar yaradır.

Təhsil nazirinin müavini, YAP-ın Siyasi Şurasının üzvü İradə Hüseynova bildirib ki, Qadınlar Şurası bundan sonra da cəmiyyətin inkişafına öz töhfəsini verəcək.

Konfransın sonunda qərara alınıb ki, bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində qadınların fəal iştirakı təmin edilsin, ardıcıl olaraq humanitar və xeyriyyə tədbirləri keçirilsin. Həmçinin, xaricdəki beynəlxalq qadın təşkilatları ilə əlaqələr gücləndirilsin.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti