...

Azərbaycan və Türkiyə iki ölkə mədəniyyətinin qorunub saxlanılması istiqamətində sıx əməkdaşlıq edir – səfir

Siyasət Materials 2 May 2009 13:01 (UTC +04:00)
Azərbaycan və Türkiyə iki ölkə mədəniyyətinin qorunub saxlanılması istiqamətində sıx əməkdaşlıq edir – səfir

Azərbaycan, Bakı, 02 may / Trend , müxbir Ü.Sadıxova /

Azərbaycan və Türkiyə iki ölkə mədəniyyətinin qorunub saxlanılması istiqamətində sıx əməkdaşlıq edir. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc şənbə günü Bakıda keçirilən "Müasir dünyada yeni düşüncəyə ümumi baxış" adlı beynəlxalq elmi konfransda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətləri tarix boyu ziyalılar səviyyəsində inkişaf edib, bu, xüsusilə XIX əsrdən sonra başlayıb.

"Bu 1918-ci ildə, Azərbaycanın ilk müstəqillik dövründə açıq şəkildə ifadə olundu. Türkiyənin respublika kimi təşəkkül tapmasını Azərbaycan mütəfəkkirlərinin iştirakı olmadan təsəvvür etmək olmaz", - deyə səfir bildirib.

Səfir bildirib ki, Azərbaycan və Türkiyə arasında yaxınlaşma Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başlanıb.

"XX əsrdə baş verən qloballaşma müxtəlif mədəniyyətlərin yaxınlaşmasına səbəb oldu. Biz qloballaşmanın həm yaxşı, həm də pis tərəflərini görürük. Məsələn, biz Meksikada "donuz qripi"nin necə baş qaldırdığını, bütün dünyanı əhatə etdiyini görürük və bu gün bir ölkənin digərindən təcrid olunduğunu təsəvvür etmək mümkün deyil və bu səbəbdən ölkələr öz mədəniyyətlərini qoruyub saxlamaq üçün əməkdaşlıq etməlidirlər", - deyə türkiyəli diplomat bildirib.

Məqalə müəllifi iləəlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti