Türkmənistan, Aşqabad, 02 may / Trend , müxbir H.Həsənov /
Türkmənistan paytaxtı Administrasiyasında ciddi nöqsanlar səbəbindən Aşqabad merinin müavini Oğulxan İlgəldiyev və paytaxtın Çandıbil rayonunun meri Aiş Yaxşımuradov tutduqları vəzifələrdən azad ediliblər.
Merin təhsil, mədəniyyət və səhiyyə üzrə yeni müavini vəzifəsinə Gülcan Amanova təyin edilib. Çandıbil rayonundakı təyinatlar barədə məlumat verilməyib.
"Sözügedən sərəncamları Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov ölkənin baş prokuroru Ç.Xocamuradovun paytaxt meriyası barədə hesabatını dinlədikdən sonra imzalayıb", - Türkmənistan KİV yazır.
İşdən azadolunma hallarına Daşoğuz vilayətində də rast gəlinib.
Məqalə müəllifi ilə əlaqə ünvaı: [email protected]