...

Qəzza əhalisinə kömək üçün Avropa fələstinlilərinin konfransı çağırılıb – Palestine Return Centre-nin rəhbəri

Siyasət Materials 2 May 2009 13:45 (UTC +04:00)
Qəzza əhalisinə kömək üçün Avropa fələstinlilərinin konfransı çağırılıb – Palestine Return Centre-nin rəhbəri

Azərbaycan, Bakı, 02 may / Trend , müxbir Ü.Sadıxova /

"Avropa fələstinlilərinin konfransı İsrail hücumlarından zərər çəkmiş Qəzza Zolağının əhalisinə kömək və fələstinli qaçqınların tarixi torpaqlarına qayıtmaq hüququnu sübut etmək üçün çağırılıb", - fələstinli qaçqınların tarixi torpaqlarına qayıtmaq hüququnu müdafiə edən Palestine Return Centre-ni (Fələstin Qayıdış Mərkəzi) konfransda təmsil edən Məcid əl-Zir deyib.

"Konfransda Avropa fələstinliləri fələstinli qaçqınların öz torpaqlarına qayıtmaq hüququnu bəyan edəcəklər, - Trend -a Milandan telefonla Əl-Zir deyib. - Biz həmçinin bazar günü İtaliya və Misirdən keçməklə Qəzza blokadasının götürülməsi üçün dəniz karvanı göndərəcəyik". 

"Avropa fələstinlilərinin yeddinci konfransı işinə mayın 2-də Milanda, Fələstin-İsrail müharibəsinin başlanmasının 61 illiyinə həsr olunaraq başlayacaq", - "Al Jazeera" saytı xəbər verir.

Konfransda Avropa Fələstinlilərinin Konqresi, fələstinlilərin qayıdışı mərkəzi "əl-Auda" və İtaliya Fələstinliləri Cəmiyyəti iştirak edəcəklər.

Avropa fələstinlilərinin birinci konfransı 2003-cü ildə Londonda keçirilib. Orada iki milyon fələstinlinin Qəzza Zolağı və İordan çayının qərb sahilinə qayıdışı proqramı qəbul edilib.

"Milandakı konfransda Fələstin xalqına yardım göstərilməsi məsələsində strateji qərarların qəbulu gözlənilir. Onlardan biri Qəzza Zolağı blokadasının götürülməsi üzrə yeni Avropa-Fələstin təşkilatının yaradılmasıdır", - konfransın təşkilatçılarından biri olan əl-Zir bildirib.

"Belə təşkilatların yaradılması bizə Qəzza Zolağının əhalisini dəstəkləməyə kömək edir, - o deyib. - Məsələn, fələstinli həkimlərin Avropa təşkilatı İsrail hücumları zamanı Qəzza xəstəxanalarında çalışıb".

İsrailin Fələstin qruplaşması olan HƏMAS-a qarşı dekabr-yanvar aylarında hücumları zamanı təxminən 1400 fələstinli həlak olub.

"Avropa Parlamentinin vitse-prezidenti Luisa Morqantininin, Britaniya Parlamenti üzvlərinin və İtaliya siyasətçilərin Milandakı konfransda iştirakı fələstinlilərə Qəzza əhalisinə yardım göstərilməsi məsələsində Aİ ilə əməkdaşlığa kömək edir", - əl-Zir qeyd edib.

"Avropa vətəndaşlığı olan fələstinlilər Avropa Parlamentinin nümayəndələri ilə Brüsseldə iki tədbir həyata keçirib. Məqsəd fələstinlilərin öz torpaqlarına qayıtmaq hüququnun reallaşdırılması olub", - o əlavə edib.

Son konfrans Danimarka paytaxtı Kopenhagendə 2008-ci ildə keçirilib. Onun şüarı "60 il: qayıdış getdikcə yaxınlaşır" olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti