...

Qafqazdakı münaqişələr həllini tapmayınca, regionda tam təhlükəsizlikdən danışmaq mümkün deyil - Türkiyənin sabiq XİN rəhbəri

Siyasət Materials 5 May 2009 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir Е.Оstapenko /

"Dağlıq-Qarabağ və Gürcüstan-Osetiya münaqişələri həllini tapmayınca, regiondakı tam təhlükəsizlikdən danışmaq mümkün deyil", - bu gün Azərbaycanın NATO ilə əməkdaşlığının 15 illik yubileyinə həsr olunmuş mətbuat konfransında Türkiyənin sabiq XİN rəhbəri Hikmet Çetin deyib.  

"Qafqazdakı bütün çağırışlar imkan kimi nəzərdən keçirilməlidir. Çağırışları lokal, regional və beynəlxalqa bölməməliyik. Regiondakı bütün problemlərin bizə aidiyyatı var və onların həlli üçün regional və beynəlxalq əməkdaşlıq vacibdir", - Çetin bildirib.

Onun sözlərinə görə, NATO sabitlik istehkamı olaraq qalır. "Ancaq NATO-nun missiyası gələcəkdə dəyişəcək. Soyuq müharibə dövrü başa çatıb və NATO-nun təhlükəsizliyin təminatından başqa, daha çox koordinasiyalaşmasına ehtiyac var", - sabiq nazir qeyd edib.

Onun sözlərinə görə, NATO ilə əməkdaşlıq Azərbaycana siyasi, iqtisadi və mədəni sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq imkanı verdi. "NATO ilə əməkdaşlıq mexanizmi dialoq üçün imkan yaradır. Türkiyə Qafqaz ölkələrini NATO-ya inteqrasiya etmiş görmək istəyir. Türkiyə Azərbaycanın Alyansa inteqrasiyasına dəstək olacaq", - Çetin deyib.

Xəbər lenti

Xəbər lenti