...

Gürcüstan müxalifəti yenidən parlament qarşısındakı meydana toplaşaraq mitinqə başlayıb

Siyasət Materials 7 May 2009 12:22 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 07 may / Trend , müxbir N.Kirtsxalia /

Tbilisi Baş Polis İdarəsi binası ətrafında vəziyyət normallaşıb. Müxalifət tərəfdarları polis binası ətrafından Gürcüstan parlamenti qarşısındakı meydana toplaşıblar.

Hazırda parlament qarşısında təqribən 5 min müxalifət tərəfdarı var. Onların başında miüxalifət liderləri durur.

Liderlərdən biri Salom Zurabişvili bildirib ki, radikal müxalifət öz planlarını dəyişməyəcək və aksiyalar Konstitusiya çərçivəsində yenidən davam etdiriləcək. "Əlbəttə bu aksiyalar açıq mahiyyətli, lakin qanuni olacaq və biz ardıcıllıqla öz əsas məqsədimizə - prezident Saakaşvilinin əvəzlənməsinə nail ola bilərik", - deyə o bildirib.

Zurabişvili qeyd edib ki, bu gün Tbilisi Baş Polis İdarəsi qarşısında baş verən insident hakimiyyətin növbəti təxribatıdır. 

Xəbər lenti

Xəbər lenti