...

Heydər Əliyevin fəlsəfəsi Azərbaycan xalqına və onun prezidentinə qüdrətli dövlət yaratmağa imkan verib - AŞ PA-nın vitse-prezidenti

Siyasət Materials 7 May 2009 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir A.Hüseynbala /

Heydər Əliyevin fəlsəfəsi Azərbaycan xalqına və onun prezidenti İlham Əliyevə güclü və qüdrətli Azərbaycan yaratmağa imkan verib, cümə axşamı Bakıda keçirilən "Heydər Əliyev ideyaları XXI əsrdə - Azərbaycanın inkişaf yolu" konfransında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri, qurumun vitse-prezidenti, millət vəkili Səməd Seyidov bildirib.

"Məhz Heydər Əliyevin ideyaları bu gün Azərbaycanı yüksəldərək prezidenti İlham Əliyevə effektli və güclü xarici siyasət aparmağa imkan yaradıb", - Seyidov deyib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti və Siyasi Şurasının üzvləri konfransdan öncə bu gün ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü qeyd olunur.

"Məhz bu siyasət nəticəsində təzyiqlərə baxmayaraq, bu gün Azərbaycan ordusunun nümayəndələri NATO-nun Gürcüstanda keçirdiyi təlimlərdə iştirak edir. Bu siyasətin nəticəsində biz bu gün açıq və aşkar, çox yaxın əməkdaşlıq etdiyimiz ABŞ-a və onun prezidenti Barak Obamaya deyə bilərik ki, onun azad mətbuatla bağlı bəyanatında Azərbaycanın adını çəkməsi qeyri-obyektiv və qərəzlidir", - o deyib.

AŞ PA vitse-prezidentinin sözlərinə görə, bu gün Azərbaycanla dünyada hesablaşırlar, ona hörmətlə yanaşır və gələcəyinə böyük ümidlə baxırlar. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti