...

Azərbaycan qaçqınların yaşayış şəraiti ilə təmin edilməsi prosesində irəliləyib – AŞ PA məruzəçisi

Siyasət Materials 8 May 2009 11:35 (UTC +04:00)
Azərbaycan qaçqınların yaşayış şəraiti ilə təmin edilməsi prosesində irəliləyib – AŞ PA məruzəçisi

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir Y.Ostapenko / 

Azərbaycan qaçqınların yaşayış şəraiti ilə təmin edilməsi prosesində irəliləyib. Bu barədə cümə günü Bakıda keçirilən mətbuat konfransında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) miqrasiya, qaçqınlar və əhali məsələləri üzrə məruzəçisi Con Qrinvey bildirib.

"Biz qaçqınlara müvafiq yaşayış şəraitinin təqdim edilməsi məsələlərində dövlətin irəliləyiş əldə etməsini qiymətləndiririk və bu kimi problemlərə malik digər ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi vəziyyətin yaxşı olması sayəsində dövlət qaçqınların probleminin həlli üçün kifayət qədər çox vəsait ayırır", - deyə Qrinvey bildirib.

Məruzəçinin sözlərinə görə, səfər zamanı o, qaçqın və məcburi köçkünlərin yaşadığı yerlərə baş çəkib və belə bir qənaətə gəlib ki, onların yaşadığı yerlərdə ekologiya əməli olaraq Avropadakı qaçqınların yaşadığı yerlərin ekologiya isə ilə demək olar ki, eynidir.

Qrinvey bildirib ki, səfərdə məqsəd qaçqınların yaşayış şəraiti, onların Dağlıq Qarabağa qaytarılmasının təşkil edilməsinə sərf olunan xərclər və miqrasiya proseslərinin dövlət tərəfindən idarə olunmasının qiymətləndirilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti