...

Azərbaycan parlamentində ali təhsil müəssisəsində baş verən faciə ilə bağlı Deputat-İstintaq Qrupunun yaradılması təklif edilib

Siyasət Materials 8 May 2009 12:47 (UTC +04:00)
Azərbaycan parlamentində ali təhsil müəssisəsində baş verən faciə ilə bağlı Deputat-İstintaq Qrupunun yaradılması təklif edilib

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycan parlamentinin deputatları ali təhsil müəssisəsində baş verən faciə ilə bağlı Deputat-İstintaq Qrupunun yaradılmasını təklif ediblər.

"İstintaqın obyektiv və sürətli aparılması üçün Deputat-İstintaq Qrupunun yaradılması vacibdir", - cümə günü Azərbaycan parlamentinin iclasında cari məsələlərin müzakirəsi zamanı deputat İqbal Ağazadə bildirib.

Trend -un arayışı: Aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.
Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralılardan 3-ü artıq evə buraxılıb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Həmkarının təklifini deputat Arzu Səmədbəyli də dəstəkləyib.

Deputatların təklifini cavablandıran spiker Oqtay Əsədov isə deyib ki, faciə ilə bağlı hüquq-mühafizə orqanlarında istintaq qrupu yaradılıb.

"İstintaq qrupunun fəaliyyəti birbaşa prezidentin nəzarətindədir. İstintaqın gedişi ilə bağlı narahatlığa ehtiyac yoxdur", - Əsədov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti