...

Tbilisidə Gürcüstan Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşı casusluqda şübhəli bilinərək saxlanılıb

Siyasət Materials 8 May 2009 13:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 may / Trend , müxbir N.Kirtsxaliya /

Tbilisidə Gürcüstan Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşı casusluqda şübhəli bilinərək saxlanılıb. Bu haqda jurnalistlərə onun vəkili məlumat verilib.

İrakli Batkuaşvili əvvəllər NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramının Gürcüstan Baş qərargahında Koordinasiya qərargahının rəisi postunu tutub. 2004-cü ildən etibarən isə MN aparatında yüksək vəzifələrdə çalışıb.

Batkuaşvilinin saxlanılması ilə bağlı rəsmi açıqlama hələ daxil olmayıb. Bu həftə Gürcüstanda Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən sabiq diplomat Vaxtanq Maysaiya həbs edilmişdi.

Vəkilin sözlərinə görə, Batkuaşvili hələ şühbəli şəxs kimi tanınmayıb və onun həbs müddəti cümə günü saat 19.00-a qədər davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti