...

İranın vitse-prezidenti Cənubi Afrika Respublikasına səfər edib

Siyasət Materials 8 May 2009 16:14 (UTC +04:00)

İranın vitse-prezidenti Pərviz Davudi və onu müşaiyət edən nümayəndə heyəti cümə günü Cənubi Afrika Respublikasına (CAR) səfər edib. Bu barədə İran televiziyası məlumat yayıb.

Davudi səfər zamanı CAR Prezidentinin andiçmə mərasimində iştirak edəcək. Davudi 5 günlük səfər zamanı Tanzaniyaya da gedəcək və bu ölkənin prezidenti ilə görüş keçirəcək. Davudinin CAR səfəri çərçivəsində Zənzibar adalarına da səfər edəcəyi gözlənilir.

Davudi səfərdən öncə jurnalistlərə bildirib ki, Afrika qitəsində zəngin təbii sərvətlər və işçi qüvvəsi mövcuddur və İran öz əlaqələrini Afrika ölkələri ilə artırmaqda maraqlıdır. "İran və CAR prezidenləri əvvəllər də səmərəli müzakirələr aparıb. İran və CAR arasında mal dövriyyəsinin həcmi 3,5 milyard dollardır. CAR İranda bir çox layihələrdə iştirak edir", - deyə Davudi bildirib.

Davudi əlavə edib ki, Tanzaniyaya səfər zamanı bu ölkə ilə əkinçilik sahəsində bir neçə əməkdaşlıq sazişləri imzalanacaq.

Xəbər lenti

Xəbər lenti