...

Radikal müxalifətin liderlər reytinqində birincilik Levan Qaçeçiladze və İakliy Alasaniyaya məxsusdur

Siyasət Materials 11 May 2009 14:26 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 may / Trend , müxbir N. Kirtsxaliya / Gürcüstanın qeyri- parlament müxalifətinin liderləri arasında ən çox şöhrət qazanan Levan Qaçeçladze və "Gürcüstan Naminə Alyans"ın lideri İrakliy Alasaniyadır. Bunu "Kviris palitra" həftəliyinin 456 oxucusu arasında keçirdiyi sorğu göstərib. Reytinq siyasətçilər tərəfindən əldə edilən maksimal və minimal balların cəmi nəticəsində müəyyənləşdirilib. Baxmayaraq ki, maksimal balların çoxunu (47%) İrakliy Alasaniya əldə edib ümumi nəticə etibarı ilə Levan Qaçeçiladze birinci olub. Qeyd edək ki, Qaçeçiladzenin əldə etdiyi maksimal bal 36% təşkil edib.

Ümumi nəticəyə əsasən, 7,92%-lə birinci yerə Qaçiçiladze, 7,81% balla ikinci yerə İrakliy Alasaniya çıxıb. Onlarıvn ardıyca isə əhəmiyyətli dərəcədə geridə qalan "Yeni sağçılar"ın lideri David Qamkrelidze (5,46%) və "Vahid Gürcüstan - Demokratik Hərəkatı" partiyasının lideri Nino Burcanadze (5,40%) gəlir.

Sonrakı yerləri Milli forumun liderlərindən olan Qubaz Sanikidze, "Gürcüstan Yolu" patiyasının lideri Salome Zurabaşvili, mühafizəkarların lideri Zviad Ciciquri, Georgi Xaindrava və "Azadlıq"ın lideri Konstantin Qamsaxurdiya tutub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti