...

Gürcüstanın Katolikos-Patriarxı Parisdə Fransanın XİN başçısı ilə görüşüb

Siyasət Materials 14 May 2009 12:38 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 may / Trend , müxbir N.Кirtsxaliya /

Gürcüstanın Katolikos-Patriarxı Fransaya səfəri çərçivəsində Parisdə bu ölkənin xarici işlər naziri Mişel Animarla görüşüb. Görüş zamanı Fransanın Gürcüstanın torpaqlarının Rusiya işğalından azad edilməsində fəal iştirakı müzakirə edilib.

Patriarxiyadan deyilib ki, Fransa Gürcüstanın tərəfdaşıdır və Animarla görüşdə ötən ilin avqustunda, Rusiya-Gürcüstan müharibəsində baş verən hadisələr nəzərdən keçirilib. "Nazir qeyd edib ki, Fransa gələcəkdə də Gürcüstandakı münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək", - partiarxiyadan bildirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti