...

Azərbaycan Bəstəkarlar Ittifaqinin 75 illik yubileyinin keçirilməsi haqqinda Azərbaycan Respublikasi Prezidenti sərəncam imzalayıb

Siyasət Materials 19 May 2009 00:50 (UTC +04:00)

2009-cu ilin iyun ayında Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 75 ili tamam olur. Fəaliyyət göstərdiyi ilk vaxtlardan etibarən Azərbaycan Bəstəkarlar İttifaqı azərbaijan xalqının zəngin musiqi irsinin dünyada geniş miqyasda tanıdılması işini və Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi ilə sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Bəstəkarlar İttifaqı ilə birlikdə Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyinə həsr edilmiş tədbirlər planı hazırlayıb həyata keçirilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti