...

Azərbaycan parlamentinin komitələri Ombudsmanın bir dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını tövsiyə edib

Siyasət Materials 20 May 2009 13:25 (UTC +04:00)
Azərbaycan parlamentinin komitələri Ombudsmanın bir dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını tövsiyə edib

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir A.Hüseynbala /
Azərbaycan parlamentinin (Milli Məclisin) komitələrin birgə iclasında Ombudsmanın bir dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutan qanun layihəsi parlamentin iclasına tövsiyə edilib.
Trend -un məlumatına görə, çərşənbə günü İnsan haqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda "Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya qanununa dəyişikliklər edilməsi layihəsi müzakirə edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov deyib ki, qanuna dəyişiklik edilməsi barədə 63-dən çox deputatın imzası ilə parlamentə müraciət daxil olub.
Onun sözlərinə görə, 4.2-ci maddəyə edilən dəyişiklikdə eyni şəxsin müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməməsi, 4.3-cü maddədə isə müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, onun səlahiyyətlərinin icrasını davam etdirməsi göstərilib.

Millət vəkili Qüdrət Həsənquluyev isə çıxışında "Prokurorluq haqqında" qanuna da belə bir dəyişiklik edilməsinin lazım olduğunu vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti