"Mən ölkələrimiz arasında olan və xeyirxah niyyətlərə söykənən dinamik əməkdaşlığı xüsusi qeyd etmək istəyirəm", - Gürcüstan Prezidenti Mixail Saakaşvili Bakıda keçirilən iki ölkənin hökumətlərarası komissiyasının geniş tərkibli görüşü zamanı deyib. Məlumatı AzTV telekanalı yayıb.
"İlham Əliyev və onun komandası vəd verməklə yanaşı vədlərini yerinə yetirirlər", - Gürcüstan Prezidenti əlavə edib.
Onun sözlərinə əsasən, Gürcüstan və Azərbaycan qeyri-formal konfederasiya yaradıblar.
"Ölkələrimizi birləşdirməyən və hell edə bilməyəcəyimiz məsələlər yoxdur. Bir neçə il bundan qabaq nəzərdə tutulmuş planlar artıq həyata keçirilib", - Saakaşvili deyib.