...

Gürcüstan və Azərbaycan əməkdaşlığının mühüm istiqamətlərindən biri iqtisadiyyatdır - Mixail Saakaşvili

Siyasət Materials 21 May 2009 11:13 (UTC +04:00)

Gürcüstan və Azərbaycan əməkdaşlığının mühüm istiqamətlərindən biri iqtisadiyyatdır. Bu barədə cümə axşamı Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuat üçün bəyanatla çıxış edən Gürcüstan Prezidenti Mixail Saakaşvili bilidirib. Xəbəri AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

"Gürcüstan Azərbaycan ilə qaz təchizatı haqqında beş illik müqavilə imzalayıb. Bu isə o deməkdir ki, gələn beş il ərzində gürcü xalqı enerji daşıyıcılarını Azərbaycandan alacaq", - Saakaşvili deyib.

Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayan Saakaşvili əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Gürcüstan Prezidenti ölkələrimiz arasında enerji və nəqliyyat sahələrində həyata keçirilən layihələrin əhəmiyyətindən də danışıb.

"Biz strateji layihələr həyata keçiririk", - deyən Gürcüstan dövlətinin başçısı bildirib ki, mayın 21-də Bakı-Batumi hava reysinin açılması münasibətilə təyyarə ilə ora gedəcək. "Bu yaxınlarda Batumidə böyük inşaat layihəsinin icrasına da başlanılacaq. Bütün bunlar isə xalqlarımız və ölkələrimiz arasında inkişaf edən əməkdaşlığın nəticəsidir", - Saakaşvili əlavə edib.

Xəbər lenti

Xəbər lenti