...

Gürcüstanın xalq müdafiəçisi Avropa İttifaqının xüsusi nümayəndəsinə qanun pozuntuları barədə məlumat verib

Siyasət Materials 21 May 2009 15:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 may / Trend , N.Kirsxalia /

Gürcüstanın xalq müdafiəçisi Sozar Subari Avropa İttifaqının Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebiyə 9 aprel tarixindən bu günə kimi hökumət əleyhinə mitinq və aksiyada iştirak edənlərə qarşı bütün qanun pozuntuları barədə məlumat verib.

"Biz insan hüquqlarının pozulması faktları ilə bağlı heç bir moratorium qəbul edə bilmərik və onların hamısı araşdırılmalıdır", - Subari bəyan edib. O qeyd edib ki, indiyə qədər etiraz aksiyalarının iştirakçılarına qarşı tətbiq edilmiş zorakılıq hallarının heç biri araşdırılmayıb.

"Biz Avropa İttifaqından bu məsələlərin, xüsusilə dustaqlara işgəncə verilməsinin araşdırılmasını xahiş etmişik və artıq Semnebenin Gürcüstanın XİN-nə müraciət etməsi barədə cavab almışıq", - o bildirib.

Subari bu gün polisin dünənki fəaliyyətinə - müxalifət partiya liderlərinin maşınlarının yol hərəkəti qaydalarını pozduğuna görə müsadirə edilməsinə - etirazını bildirib. "Mən iddia etmirəm ki müxalifətçilər bütün hallarda haqlıdırlar, lakin gün ərzində 20-30 adam avtomobildən məhrum edilirsə, bu məqsədyönlü kampaniyaya bənzəyir",- o bildirib.

Məqalə müəllifi əlaqə: [email protected]    

Xəbər lenti

Xəbər lenti