...

Azərbaycanın NATO-ya inteqrasiyası üçün ictimaiyyətin dəstəyi lazımdır – Rumıniya səfiri

Siyasət Materials 21 May 2009 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir C.Babayeva /

Azərbaycanın NATO-ya inteqrasiya etməsi üçün güclü siyasi iradə və ictimaiyyətin dəstəyi lazımdır. Bu barədə cümə axşamı Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureke "NATO və Azərbaycan gəncləri" mövzusu üzrə keçirilən dəyirmi masada bildirib.

"Azərbaycanda ictimaiyyət, xüsusilə də gənclər arasında NATO-nun təbliğatını aparmaq lazımdır", - deyə səfir bildirib.

NATO təkcə hərbi təşkilat deyil, həm də alyansa üzv ölkələrin milli maraqlarının təmin edilməsində köməklik göstərən təşkilatdır", - deyə Ureke bildrib.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994-cü il 4 may tarixində "Sülh naminə tərəfdaşlıq" proqramı - çərçivə sənədinin imzalanması ilə qoyulub. Azərbaycan bu proqrama ilk qoşulan ATƏT-in 27 üzv dövlətindən biridir.

Qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edən "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd 1996-cı ilin aprel ayında imzalanıb. Hazırda Azərbaycan bu proqrama müvafiq olaraq üzərinə qoyulmuş təxminən 50 vəzifəni yerinə yetirir.

Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il 3 avqust tarixində "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı haqqında" Fərman imzalayıb.

Hazırda əməkdaşlıq fəaliyyət planının ikinci mərhələsi çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti