...

"Azad Gürcüstan Uğrunda" alyans radikal müxalifəti tərk edir

Siyasət Materials 26 May 2009 12:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 may / Trend , müxbir N.Kirtsxaliya /

"Azadlıq" partiyası və onun tərəfdaşları mayın 26-dan sonra Prezident Mixail Saakaşvilinin istefasına müstəqil şəkildə nail olmağa çalışacaqlar. Bu haqda partiyanın lideri Konstantin Qamsaxurdiya, Gürcüstanın milli qəhrəmanı və Gürcüstanın birinci Prezidenti, atası Zviad Qamsaxurdiyanın dostu Merab Kostavanın Mtatsmind pantoenundakı qəbri üstündə bildirib.

Qeyd etmək lazımdır ki, "Azadlıq" ənənəvi milliyyətçilər və qadınların partiyası ilə birlikdə "Azad Gürcüstan Uğrunda" alyansına daxildir.

"Bizim hakimiyyətin devrilməsi üzrə öz yolumuz var və təəssüf ki, bu mövqeyimiz müxalifət qüvvələri koalisiyası üzrə tərəfdaşlarımız tərəfindən dəstəklənmədi. Ancaq biz Saakaşvili rejimini yıxmaq üçün dəqiq və davamlı çalışmalarımızı davam etdirəcəyik", - Qamsaxurdiya qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti