Azərbaycan gələcəkdə İranla əlaqələrini daha da yüksək səviyyədə qurmaq niyyətindədir. "İran və Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsinə dair səylərimizdən əl çəkməyəcəyik", - deyə çərşənbə günü, Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov "Respublika Günü" münasibətlilə səfirlikdə keçirdiyi mətbuat konfransında bildirib. Bu barədə İRNA agentliyi məlumat yayıb.
Həsənov bildirib ki, İran və Azərbaycan arasında hazırda 750 milyon dollar həcmində mal dövriyyəsi mövcuddur. "İki ölkə arasında ticarət əlaqələrini artırmaq üçün çoxlu potensial olduğundan, biz bu miqdarda dövriyyə ilə razı deyilik", - deyə Həsənov bildirib.
Həsənov bildirib ki, İranın özəl şirkətləri Azərbaycanda sərmayə yatırmaq üzrə Türkiyə və ABŞ-dan sonra üçüncü yeri tururlar.