...

Azərbaycan Parlamentində sülhməramlı əməliyyatlarda iştirak edən qoşunların statusu haqqında qanun layihəsi hazırlanıb

Siyasət Materials 29 May 2009 16:53 (UTC +04:00)
Azərbaycan Parlamentində sülhməramlı əməliyyatlarda iştirak edən qoşunların statusu haqqında qanun layihəsi hazırlanıb

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentində sülhməramlı əməliyyatlarda iştirak edən qoşunların statusu haqqında qanun layihəsi hazırlanıb.

"Bu layihənin qəbulu üçün artıq Maliyyə və Müdafiə nazirliklərindən, eləcə də Prezidentin müdafiə məsələləri üzrə müşavirindən müsbət rəy almışıq", - Trend -un məlumatına görə, cümə günü jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Trend -un arayışı: Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150 hərbçisi var idi. Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə Azərbaycanın 45 sülhməramlısı xidmət edir, həmin əsgərlər Kabil şəhərində post patrul xidmətini həyata keçirirlər. Parlament ötən ilin oktyabrda Əfqanıstandakı sülhməramlıların sayının iki dəfə artırılması və 90 nəfərə çatdırılması barədə qanun qəbul edib. Azərbaycan Parlamenti ötən il martın 4-də Kosovanın birtərəfli şəkildə Serbiyadan ayrılaraq müstəqilliyini elan etməsindən sonra yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq, vilayətdə xidmət edən 34 azərbaycanlı sülhməramlıların geri çağırılması haqqında qərar qəbul edib.

Onun sözlərinə görə, layihə müzakirə üçün hazır olsa da, onun parlamentdə müzakirəsi payız sessiyasında çıxarılacaq.

"Biz sülhməramlı əməliyyatlarda iştirak etdiyimizdən bu qanun layihəsinin qəbulu çox zəruridir", - Əsgərov əlavə edib.

Əsgərov qanun layihəsinin detalları barədə əlavə məlumat verməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti