...

Azərbaycanın müxalif partiyası İranın ölkəmizdəki səfirliyi qarşısında icazəsiz aksiya keçirəcək

Siyasət Materials 1 İyun 2009 17:04 (UTC +04:00)

Azərbaycan, Bаkı, 01 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalif partiyası İranın ölkəmizdəki səfirliyinin binası qarşısında piket keçirməyə israrlıdır.

"Bakı Şəhər İcra Hakimiyyətinin razılıq verib-verməməsindən asılı olmayaraq sabah İranın Azərbaycandakı səfirliyinin binası qarşısında aksıya keçirəcəyik", - bazar ertəsi Trend -a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Trend -un arayışı: Güney Azərbaycanda 35 milyona yaxın soydaşımız yaşayır. Son zamanlar İran hakimiyyət orqanlarının soydaşlarımıza qarşı apardığı repressiyalar, müxtəlif müddətlərə həbsxanalara salınanların işgəncələrə məruz qalması faktları çoxalıb.

Hacılı deyib ki, aksiyada İran hakimiyyətindən azərbaycanlılara qarşı başlatdığı təqib və təzyiq kampaniyasını dayandırması tələb olunacaq. "Piketdə İran Silahlı Qüvvələrinin baş qərargah rəisinin İsrail Prezidenti Şimon Peresin Azərbaycana gözlənilən səfəri ilə bağlı verdiyi bəyanata etiraz da ifadə olunacaq", - partiya funksioneri əlavə edib.

Onun fikrincə, bu bəyanat Azərbaycan dövlətinə qarşı təhdiddir.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının (Bərpa) Qurultayı 1992-ci il noyabrın 7-də Bakıda Respublika sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında İsa Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının başqanı seçilib.

Qəmbər Аzərbаycan pаrlаmеntinin еks-spikеri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Pаrtiyа 4 nəfər deputatla parlamentdə təmsil olunur. 

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti