...

Azərbaycan Avropa ölkələrindən internet-mətbuatın tənzimlənməsi sferasında konkret addımlar gözləyir - Prezident Administrasiyasının şöbə rəhbəri

Siyasət Materials 4 İyun 2009 10:38 (UTC +04:00)
Azərbaycan Avropa ölkələrindən internet-mətbuatın tənzimlənməsi sferasında konkret addımlar gözləyir - Prezident Administrasiyasının şöbə rəhbəri

Azərbaycan, Bakı, 04 iyun / Trend , müx. C.Babayeva /

Azərbaycan Avropa ölkələrindən internet-mətbuatın  tənzimlənməsi sferasında konkret addımlar gözləyir, cümə axşamı Prezident Administrasiyasının İctimai-siyasi şöbə rəhbəri Əli Həsənov Avropa Şurası və Azərbaycanın Milli Televiziya və Radio Şurası tərəfindən təşkil olunmuş  "Azərbaycanda internet-mətbuatın tənzimlənməsi" konfransında bildirib.

"Avropa ölkələrində konkret addımların atılmasından sonra Azərbaycan bu sferada müvafiq tədbirlər görəcək. İnformasiya cəmiyyəti ölkənin daxili və xarici siyasətində ciddi rol oynayır", - Həsənov deyib.

"Bir neçə il öncə biz Azərbaycanda internetə nəzarət etmək üçün müvafiq orqan yaratmaq istəyirdik", - şöbə rəhbəri bildirib. "Lakin onda biz tənqidə məruz qaldıq və yalnız Milli Televiziya və Radio Şurası yaratdıq. Ermənistanın elektron KİV-dəki məlumatlarını xatırlatmaq kifayətdir. Bu məlumatlar Azərbaycan və Türkiyəni düşmən ölkələrə çevirə bilərdi", - Həsənov deyib.

Xəbər lenti

Xəbər lenti