...

Azərbaycan Parlamentinin komitələrində "Fərdi məlumatlar haqqında" qanun layihəsi müzakirə olunub

Siyasət Materials 9 İyun 2009 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentinin komitələrinin birgə iclasında "Fərdi məlumatlar haqqında" qanun layihəsi müzakirə edilib.

"Yeni qanun fərdi məlumatların toplanlması, işlənməsi, mühafizəsi ilə bağlı münasibətləri, milli informasiya məkanının fərdi məlumatlar seqmentinin formalaşdırılması ilə əlaqədar məsələləri tənzimləyəcək, bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyənləşdirəcək", - Trend -a cərşənbə axşamı Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib.

Deputatlar fərdi məlumatların toplanılması və işlənilməsi prosesində insan hüquqlarının qorunması məsələsinə xüsusi diqqət yetiriblər. Konseptual baxımdan məqbul sayılan qanun layihəsinin birinci oxunuş üçün Milli Məclisin müzakirəsinə təqdim edilməsi qərara alınıb. "Sənəd qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən parlamentə daxil olub", - məlumatda vurğulanır.

Deputat Əli Hüseynovun qanunvericilik təşəbbüsü qaydasında "Dini etiqad azadlığı haqqında" qanuna təklif etdiyi əlavə və dəyişikliklər də parlamentin müzakirəsinə tövsiyə edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti