...

Azərbaycanda keçmiş Sovet ordusuna məxsus poliqonun yerləşdiyi qəsəbədə təmizləmə əməliyyatları aparılacaq

Siyasət Materials 10 İyun 2009 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 10  iyun / Trend , müxbir C.Babayeva /

Bakıda Qaradağ rayonunun Güzdək qəsəbəsində keçmiş Sovet ordusuna məxsus poliqonda təmizləmə əməliyyatları aparılacaq.

Təmizləmə əməliyyatlarının Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 22 anbardan ibarət olan, partlamamış hərbi sursatlarla çirklənmiş 400 min kvadrat metr ərazidə aparılması nəzərdə tutulur. Əməliyyatlara agentliyin minatəmizləmə və partlamamış hərbi sursatlar üzrə əməliyyat qrupu cəlb olunub, çərşənbə günü ANAMA-nın yaydığı məlumatda bildirilib.    

1990-cı ilin əvvələrində keçmiş Sovet ordusuna məxsus poliqonun ərzaisində yerləşən sursat anbarlarında baş vermiş yanğın və partlayış nəticəsində sursatlar ərtafa səpələnərək yerli əhali üçün ciddi təhlükə yaradıb və mina hadisələri qeydə alınıb. Həmin ərazi təhlükəli ərazi kimi qiymətləndirilib və ANAMA iyun ayından Azərbaycan Hökumətinin tapşırığı ilə təmizləmə əməliyyatlarına başlayıb.

ANAMA 1998-ci ildə, Azərbaycan ərazilərinin minalardan təmizlənməsi məqsədi ilə yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti